Bloomberg nəşrinin verdiyi məlumata görə. Avropa İnvestisiya Bankı Ukraynanın bərpası üçün tələb olunan maliyyə vəsaitinin məbləğini açıqlayıb. Bankın hesablamalarına görə Ukraynanın bərpası üçün tələb olunan məbləğ 1 trilyon dollar dəyərindədir.
İnfliasiyanı nəzərə almaqla bu məbləğ ikinci dünya müharibəsindən sonra ABŞ-ın avropanın yenidənqurması üçün nəzərdə tutduğu Marşal planından 5 dəfə çoxdur.
Baxmayaraq ki, cəbhədəki vəziyyət hələ də gərgindir və müharibənin nə vaxt bitəcəyi də dəqiq deyil lakin artıq şirkətlər potensial yenidənqurma işində öz yerini tutmağa cəhd edirlər. Türk şirkətləri artıq Ukraynada körpü, yol, enerji infrastrukturunun bərpası ilə məşğuldur. Türkiyənin ticarət naziri Ömər Bolat bu ilin əvvəlində bildirib ki, türk inşaat podratçıları ötən iki il ərzində müharibədə Ukraynada dəyəri təxminən 1 milyard dollar olan 70 layihəni tamamlayıb. Onların ən böyüyü olan Onur Qrupu Kiyevin kənarındakı İrpin körpüsü kimi uçmuş körpüləri təmir edir.
Ukraynanın İqtisadiyyat naziri Yuliya Svırıdenkonun sözlərinə görə, təxminən 156.000 kvadrat kilometr, Avstriyadan təxminən iki dəfə böyük olan ərazi mina və digər döyüş sursatlarının təsirinə məruz qalıb.
Ən böyük polad istehsalçısı Metinvest BV isə hesab edir ki, genişmiqyaslı yenidənqurma başlandıqdan sonra 5-10 il ərzində mənzil və sosial infrastrukturun bərpası üçün təxminən 3,5 milyon ton polad tələb olunacaq. Şirkət bu tələbi ödəməyə hazır olduğunu bildirir.